Keçmiş məhkumdan 20 kq narkotik aşkarlandı
Sosial
02.10.2025 16:47
Bakıda keçmiş məhkumdan 20 kq narkotik aşkarlanıb.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşları olan narkotacirlərlə əlbir olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat keçirilib.
Belə ki, Səbail rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov yaxalanıb. Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb. A.Yusifovun paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə etdiyu müəyyən olunuh.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
tag: Narkotik,Məhkum,DİN,İran,Todaypress.tv,
 
        
 
                                ![İtkin düşən [[10 nəfər]] tapıldı](/uploads/news/68a965021c5d3.webp) 
                                            ![Mingəçevirdə [[İcra Hakimiyyətinin binasında]] təmir aparan şəxs yıxılaraq öldü](/uploads/news/686d0dc81f238.webp) 
                                            ![Bakıda [[saxlanılan rusiyalılar]] anaları ilə görüşdülər](/uploads/news/687802f6a6c9e.webp) 
                                            ![Bakıda hərbi sursat [[aşkarlandı]]](/uploads/news/68b54f0472338.webp) 
                                            !["Sputnik Azərbaycan"da [[əməliyyat]] keçirilir](/uploads/news/68625018dd116.webp) 
                                            ![1400 ədədə yaxın [[çətənə kolu]] aşkarlandı](/uploads/news/689301dfebe80.webp) 
                                            ![Ermənistan vətəndaşlarının məhkəməsi [[sənədlərin elan olunması ilə]] davam etdirilir](/uploads/news/68e8f2411a34e.webp) 
                                            ![2025-ci ildə [[42 təqsirləndirilən şəxs]] xaricdən ekstradisiya edilib](/uploads/news/6882255a08e2a.webp) 
                                            ![[[60 kq narkotik]] dövriyyədən çıxarıldı](/uploads/news/685d195beb00e.webp) 
                                            ![Avtomobilin şüşəsini [[qəsdən sındıran]] şəxs saxlanıldı](/uploads/news/68a06018f2fd5.webp) 
                                            