İrandan Azərbaycana artıq narkotik vasitə keçirənlər saxlanıldı
Sosial
29.09.2025 12:06
İrandan Azərbaycana 8 kq-dan artıq narkotik vatisə keçirilməsinin qarşısı alınıb.
Bu barədə TodayPress TV-yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən 2 naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "90-BJ-616" dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri – 1987-ci il təvəllüdlü Mövsümov Elşad Ramin oğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehman oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
tag: İran,Azərbaycan,DSX,Narkotik,Todaypress.tv,
 
        
 
                                ![[[Zərərçəkmiş şəxs:]] Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb](/uploads/news/689f09d6bc277.webp) 
                                             
                                             
                                            ![Bank kartlarından [[12 min manatdan çox pul]] oğurlandı](/uploads/news/683402735e6a4.webp) 
                                            ![[[Mülki şəxslərin və mülki obyektlərin]] atəşə tutması ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu](/uploads/news/68dab2e7509a0.webp) 
                                            ![74 yaşlı qadına qarşı [[zorakılıq və quldurluq edən]] şəxs saxlanıldı](/uploads/news/68415d0d01f6f.webp) 
                                            ![Bakıda kişi tanışını [[bıçaqladı]]](/uploads/news/68622405abe61.webp) 
                                            ![Gömrükdə [[bəyan edilməyən malların]] ölkəyə gətirilməsinin qarşısı alındı](/uploads/news/68ccfdc7b1c32.webp) 
                                            ![Gəncədə ev ustanın başına uçdu [[- Yeniləndi]]](/uploads/news/68bd6490efb35.webp) 
                                            ![[[Zərər çəkmiş şəxslər]] məhkəmədə ifadə verdilər](/uploads/news/687a72f924803.webp) 
                                            