İlin birinci yarısında hava nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

Sosial

12.07.2025 19:15

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1,861 milyon və ya 2,6 faiz çox sərnişin daşınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu nəqliyyat növü ilə yükdaşıma 8,4 faiz azalaraq 192 min ton olub.

Belə ki, ötən ilin eyni dövründə hava nəqliyyatı ilə 1,784 milyon sərnişin 197,5 min ton yük daşınmışdı.

Qeyd edək ki, hesabat dövründə ölkədə yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 5,3 faiz artıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 116,4 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 60,1 faizi avtomobil nəqliyyatı, 28,4 faizi isə boru kəməri ilə daşınıb.

tag: AZAL,Sərnişin,Daşıma,Açıqlama,Todaypress.tv,