İlham İsmayıl saxlanıldı
Sosial
25.09.2025 22:24
Ekspert İlham İsmayıl saxlanılıb.
TodayPress TV ”Unikal”a istinadən bildirir ki, ekspert dələduzluqda ittiham edilir.
Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan "Range Rover" imiş.
İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.
Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
tag: İlham İsmayıl, Ekspert, Təhlükəsizlik, Dələduzluq, todaypress.tv,
 
        
 
                                ![Həyat yoldaşının [[başını keçəl edən şəxs]] saxlanıldı](/uploads/news/690100f1a4c9b.webp) 
                                            ![Sosial şəbəkələrdə [[dələduzluq edən şəxs]] tutuldu](/uploads/news/6826dee7570ed.webp) 
                                            ![Liftdə köməksiz qalan [[şəxslər]] xilas edildi](/uploads/news/6850ffdfddbca.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[45 nəfər]] saxlanıldı](/uploads/news/6895988bdf378.webp) 
                                            ![DYP sürücülərə [[xəbərdarlıq]] etdi](/uploads/news/6877541c9ed56.webp) 
                                            ![Ermənistan vətəndaşlarının [[məhkəməsi]] davam etdirilir](/uploads/news/690499ec85170.webp) 
                                            ![Levon Mnatsakanyan [[Azərbaycan ərazilərinin işğalında iştirak etdiyini]] təsdiqlədi](/uploads/news/6830581207cbf.webp) 
                                            ![Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə [[hücumla bağlı sənədlər elan etdi]]](/uploads/news/68d11fef8ffaa.webp) 
                                            ![Gəncədə qadın bıçaqlandı - [[Əri şübhəli bilinir]]](/uploads/news/68dd5ed2ca65b.webp) 
                                            ![[[Zərərçəkmiş şəxslər]] və onların hüquqi varislərinin ifadələri dinləndirildi](/uploads/news/68ade5fcd2971.webp) 
                                            