FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi
Sosial
06.06.2025 11:02
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZ-3110”, “Kia Rio” və “Mitsubishi Pajero” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Kia Rio”da olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Şabran rayonunun Uzunboyad kənd sakini 1988-ci il təvəllüdlü Əliyeva Təranə Cəfər qızını deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
tag: FHN,Yardım,Avtomobil,Şəxs,Todaypress.tv,
 
        
 
                                 
                                            ![Gəncədə qadın [[37 yaşlı sevgilisini]] bıçaqladı](/uploads/news/6883b7ffe2823.webp) 
                                            ![Narkotikin təsiri altında [[avtomobil idarə edən]] şəxs saxlanıldı](/uploads/news/6904591b385f4.webp) 
                                            ![Xətai rayonunda [[oğurluq edən 3 şəxs]] saxlanıldı](/uploads/news/682b284be0de1.webp) 
                                            ![Azərbaycanlıların [[işgəncələrə məruz qalması barədə]] ifadələr dinlənildi](/uploads/news/68fa66fb7f60a.webp) 
                                            ![Bakıda avtomobil [[piyadanı]] vuraraq öldürdü](/uploads/news/68788acc6cc79.webp) 
                                            !["Greenfield" və "Tess" [[çay çeşidlərində uyğunsuzluq]] müəyyən edilmədi](/uploads/news/68ef96d992cec.webp) 
                                            ![Astarada bədbəxt hadisə - [[2 yaşlı uşaq hovuza düşdü]]](/uploads/news/6849d05adce0c.webp) 
                                            ![Balakəndə [[çaylarda selə qarşı]] tədbirlər görüldü](/uploads/news/68cf029dd2eea.webp) 
                                            ![Azər Qasımlı barəsində [[cinayət işi]] məhkəmə baxışına verildi](/uploads/news/6864fcd0f0961.webp) 
                                            