DSX-nin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanıldı
Sosial
09.06.2025 18:20
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.
TodayPress TV xəbər verir ki, Hərbi Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcək.
tag: Hərbi Prokurorluq,Cinayət Məcəlləsi,Əsgər,Ölüm,todaypress.tv,
 
        
 
                                ![[[Şəkidə]] dağlıq ərazidə yanğın başladı](/uploads/news/688a76bdb00cc.webp) 
                                            ![[[Zərərçəkmiş şəxslər]] məhkəmədə ifadə verdilər](/uploads/news/688ce3abb22a5.webp) 
                                            ![[[Balakəndə]] evin həyətindən meyit tapıldı](/uploads/news/688cfc51e399d.webp) 
                                            ![İtkin düşən [[2 nəfər]] tapıldı](/uploads/news/68d2678ed22b0.webp) 
                                            ![Cəzaçəkmə müəssisəsinə [[qadağan olunmuş əşyaların]] keçirilməsinin qarşısı alındı](/uploads/news/68d24b42bed8a.webp) 
                                            ![[[DİN:]] Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur](/uploads/news/68553614c3e14.webp) 
                                            ![Gəncədə qadın bıçaqlandı - [[Əri şübhəli bilinir]]](/uploads/news/68dd5ed2ca65b.webp) 
                                            ![[[36 kiloqrama yaxın]] narkotik vasitə aşkarlandı](/uploads/news/682ad1dc0e488.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[43 nəfər]] saxlanıldı](/uploads/news/68fc8874245a3.webp) 
                                            ![İtkin düşən [[8 nəfər]] tapıldı](/uploads/news/6835607d5717d.webp) 
                                            