Daha 130 şəxs sanatoriya-kurort mərkəzinə yola salındı

Sosial

13.10.2025 16:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 130 imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib.

TodayPress TV xəbər verir ki, onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir.

Əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər. Yollayışla təmin olunanlar “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcəklər.

Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 13800-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 1165 nəfəri şəhid ailələrinin üzvləridir.

TodayPress TV

tag: ƏƏSMN,SXA,Sanatoriya,Mərkəz,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo