BDYPİ hərəkət iştirakçılarına müraciət etdi
Sosial
30.09.2025 19:05
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
Bu barədə TodayPress TV-yə idarənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
BDYPİ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur. “Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər”, - deyə müraciətdə vurğulanıb.
tag: BDYPİ,Xəbərdarlıq,Polis,Sürücü,Todaypress.az,
 
        
 
                                ![Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş [[tədbir keçirildi]]](/uploads/news/684c32f011fa5.webp) 
                                            ![Masallının [[14 kəndində]] işıq olmayacaq](/uploads/news/68d39920e916e.webp) 
                                            ![[["Azərbaycan Hava Yolları" və "Maldivian" aviaşirkəti]] strateji tərəfdaşlıq elan etdi](/uploads/news/68d10ab476d96.webp) 
                                            ![Bakı metrosunun [["B-04" stansiyasının tikintisində növbəti mərhələ]] başladı](/uploads/news/68d4e270c507e.webp) 
                                            ![[[ADSEA:]] Şəmkir Maşın-Kanalında qəza aradan qaldırıldı](/uploads/news/68b15db2d56df.webp) 
                                            ![Fiziki şəxslər tərəfindən [[1 milyard dollarlıq məhsul]] idxal edilib](/uploads/news/688324cd5e900.webp) 
                                            ![Ramanada [[işıq]] olmayacaq](/uploads/news/689343a13b557.webp) 
                                            ![36 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68b167149af78.webp) 
                                            ![Ədliyyə Nazirliyində [[vərəmə qarşı mübarizə mövzusunda]] təlimlər keçirildi](/uploads/news/6878d14b7cd9d.webp) 
                                            ![Ekoloji təmiz, amma nasaz [[– Elektrikli avtobuslar niyə yolda qalır?]]](/uploads/news/68f61ae1cd7a5.webp) 
                                            