Bakıda 21 502 uşaq məktəbəhazırlıq qruplarına cəlb olundu
Sosial
01.10.2025 11:03
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Bu barədə TodayPress TV-yə BŞTİ-dən məlumat verilib.
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 21 502 uşaq qeydiyyatdan keçib.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Onu da qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
tag: BŞTİ,Elm,Təhsil,Şagird,Todaypress.tv,
 
        
 
                                ![Şagirdlərin [[yerdəyişməsi]] müvəqqəti dayandırılır](/uploads/news/68345121a9f8e.webp) 
                                            ![[[Nazir:]] "Azərbaycanda rus bölmələrinin tamamilə bağlanması mümkün deyil".](/uploads/news/68c2902243381.webp) 
                                            ![[[Müdir müavini:]] "Azsaatlı vakant yerlər birləşdiriləcək"](/uploads/news/689b3f18e0d0a.webp) 
                                            ![Azərbaycan dili imtahanının [[ikinci cəhdində iştirak üçün qeydiyyat]] elan olundu](/uploads/news/682ebc7bb893a.webp) 
                                            ![[[Emin Əmrullayev]] İsmayıllıda vətəndaşları qəbul edəcək](/uploads/news/688cc64063745.webp) 
                                            ![Magistratura səviyyəsində [[10 ixtisas qrupunun 129 ixtisası üzrə]] 925 ixtisaslaşma təklif edildi](/uploads/news/682b0a4f856b1.webp) 
                                            ![Məktəbəhazırlıq qruplarına [[qeydiyyatdan keçənlərin sayı]] açıqlandı](/uploads/news/68a42de6128c5.webp) 
                                            ![Gələn həftə [[IX sinfi bitirən şagirdlərə]] attestatlar veriləcək](/uploads/news/685131ecd0fa7.webp) 
                                            ![[[Elm və təhsil naziri]] Balazs Hanko ilə görüşdü](/uploads/news/68d3d42c48c10.webp) 
                                            ![Məktəbəhazırlıq qruplarına qəbul zamanı [[prioritet tətbiq olunan]] məktəblər açıqlandı](/uploads/news/685699c423199.webp) 
                                            