Ağdamda aşkarlanan insan skeletinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır

Sosial

26.05.2025 12:10

3

İnsan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib

Mayın 25-də Ağdam rayonu, Sırxavənd kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

tag: Baş Prokurorluq,Sümük,Araşdırma,Sorğu,Todaypress.tv,