UNOSSC Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayır

Siyasət

30.05.2025 10:45

Mayın 29-da Nyu-Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyətini qəbul edib. 

TodayPress TV xəbər verir ki, Dima Al-Khatib aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasını alqışladığını bildirərək deyib:

“Qlobal Cənub QHT Platforması təşəbbüsünü yüksək qiymətləndiririk. Ümumilikdə Azərbaycan dövlətinin Qlobal Cənuba yönəlik siyasətini, eləcə də QHT-lərə göstərdiyi dəstəyi təqdir edirik”.

Dima Al-Khatib Azərbaycanın COP29-a uğurla sədrlik etməsinə, Bakıda ötən il keçirilmiş bu tədbirin mühüm önəminə və nəticələrinə diqqət çəkib.

tag: UNOSSC,Bakı,QHT,Alqış,Todaypress.tv,

photo