Sibiqa azərbaycanlı həmkarına Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verdi

Siyasət

25.05.2025 13:46

Biz sülh səylərinə sadiqik, Azərbaycan kimi ölkənin dəstəyi bizim üçün çox vacibdir.

TodayPress TV "APA"ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiyaya təzyiqi davam etdirmək lazımdır ki, sülhə nail olunsun: “Bu yolda atəşkəs ilk addım olmalıdır. Bu yaxınlarda İstanbulda keçirilən görüşdə Rusiya öz qondarma məruzələrini Ukraynaya oxumağa çalışır. Yenə də görüşün nəticələri çox vacibdir. Söhbət əsirlərin dəyişdirilməsindən gedir. Eyni zamanda iki tərəfin atəşkəs məsələsinə baxışının hazırlanması barədə razılığa gəldik, Rusiya tərəfindən bunu gözləyirik. Gələcək görüş, yəni Zelenksi və Putin arasında görüşün gündəliyi bu olacaq”.

tag: Sülh,Azərbaycan ,Ukrayna,Andrey Sibiqa,todaypress.tv,