PFPAD üzvü: “Müstəmləkəçiliyin təməlini sarsıtmaq lazımdır”
Siyasət
03.06.2025 10:09
“Müstəmləkəçiliyə dair əsaslandırılmış müzakirələri davam etdirmək son dərəcə vacibdir”.
TodayPress TV xəbər verir ki, bunu BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü June Soomer Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda deyib.
O, vurğulayıb ki, müstəmləkəçiliyin təməlini sarsıtmaq lazımdır:
“Çünki müstəmləkəçilik asanlıqla yox olmur. Buna görə də bizi əsarətdə saxlayan bu düşüncə və davranışları məhv etməyə davam etməliyik. Düşünürəm ki, imperiya və müstəmləkəçilik haqqında müzakirəni elmi bir mühitdə aparmağımız xüsusilə önəmlidir. Tarix boyu müstəmləkə olunan xalqlardan biliklərin mənimsənilməsi və onların istismarı məqsədilə istifadə olunub.
Qərb elitası tərəfindən bu xalqlardan (xüsusilə Karib hövzəsində köləliyə məruz qalan insanlardan və Amerika qitəsindəki yerli xalqlardan) alınan biliklər və oğurlanmış innovasiyalar müstəmləkəçilik istismarının bariz nümunəsidir. Məhz bu istismar və mənimsəmə nəticəsində müstəmləkə altında yaşamış xalqlara innovasiya etmək imkanı verilməyib. Bu da bizim üzləşdiyimiz acı reallıqlardan biridir”.
Qiymət Mahir
tag: Bakı,Beynəlxalq,Tədbir,Fransa,Todaypress.tv,