Monteneqro lideri Azərbaycan Prezidentini təbrik etdi

Siyasət

05.06.2025 20:20

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

“28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edir, ölkənizin davamlı inkişafı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında inkişaf etməkdə olan sıx və hərtərəfli münasibətlərə görə dərin təşəkkürümü bildirmək istərdim. Ənənəvi dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf etdirdiyimiz bu münasibətlər yüksəksəviyyəli müntəzəm təmaslarla möhkəmlənməkdədir. Bu, eyni zamanda, Monteneqronun azərbaycanlı dostlarımızla əməkdaşlığın dinamik inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.

tag: İlham Əliyev, Prezident, Təbrik, Montenoqro, todaypress.tv,