Bahar Muradova Milli Məclisdə çıxış etdi
Siyasət
30.05.2025 16:32
30 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2024-cü il üzrə məlumatla çıxış edib.
TodayPress TV xəbər verir ki, Məlumat, “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib:
1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri;
2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı;
3. 2024-cü ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr.
Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.
tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,