Vaxtanq Tsintsadze: “Əminik ki, digər ölkələr də bu layihəyə qoşulacaq”

Sənaye və energetika

03.06.2025 11:13

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi olduqca iddialı bir layihədir və 4,000 MVt-a qədər gücə malikdir”. 

TodayPress TV xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda  Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze deyib. 

Onun sözlərinə görə, bu layihə rəqabətli zonada öyrənilir. 

“Azərbaycan, Türkiyə və Bolqarıstanla birlikdə əlaqələri genişləndirmək və bərpa olunan enerjiləri Avropa İttifaqına (Aİ), hazırda isə Bolqarıstana çatdırmaq üzərində işləyirik. Əminik ki, digər ölkələr də bu layihəyə qoşulacaq. Bu, böyük hədəfləri olan bir layihədir. Bura həm də “Cənubi Oman-Escobedo” layihəsini nümunə göstərə bilərik. Bir vaxtlar çox iddialı görünən və qəbul edilməyən bu layihə, artıq özünü sübuta yetirib. Bu gün müzakirə etdiyimiz layihənin tezliklə reallaşacağına və Avropa İttifaqına elektrik enerjisinin etibarlı təchizatçısı kimi regionumuzun əhəmiyyətini artıracağına əminik. Bu əməkdaşlıq yeni bir mərhələyə keçəcək”.

Töhfə Səməd

tag: Bakı,Enerji,Həftəsi,Tədbir,Todaypress.tv,