Təbii qazın dəyəri artdı

Sənaye və energetika

01.04.2026 09:25

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

TodayPress TV xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.24% dəyər qazanaraq 2.8909 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 7.72% artaraq 50.76 avro olub.

TodayPress TV

tag: Qaz,Əmtəə,Birja,Fyuçers,Todaypress.tv,