SOCAR ilə “MOL Group” arasında Əsas Şərtlər Sazişi imzalandı
Sənaye və energetika
03.06.2025 17:55
Bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.
Bu barədə TodayPress TV-yə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.
İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən, Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 %, SOCAR-ın isə 35 % paya sahib olması nəzərdə tutulur.
tag: SOCAR,Mol Group,Saziş,İmza,Todaypress.tv,





