Rumıniya Azərbaycandan neft alışını iki dəfə artırdı
Sənaye və energetika
22.07.2025 03:38
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 378 milyon ABŞ dolları dəyərində 686 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
TodayPress TV "Trend"-ə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 165,8 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm ifadəsində isə 341,5 min ton və ya 2 dəfə çoxdur.
Dövr ərzində Rumıniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində isə 947,5 min ton və ya 8,5% çoxdur.
tag: Ruminiya,Azərbaycan,Neft,İqtisadiyyat,Energetika,TodayPress.tv,