Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə etdi

Sənaye və energetika

23.10.2025 15:33

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil olunan "Türkmənistanın Neft və Qazı -2025" 30-cu Beynəlxalq Konfrans və Sərgisi çərçivəsində ikitərəfli görüşlər keçirib.

Bu barədə TodayPress TV-yə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, "Uzbekneftegaz", "QazaqGaz", "Dragon Oil", "Chimcomplex", "Yug-Neftegaz", "NIGC (National Iranian Gas Company)" şirkətlərinin, həmçinin Əfqanıstanın Ticarət və İnvestisiya Palatasının rəhbər heyətləri ilə keçirilən görüşlərdə mövcud tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib.

Görüşlərdə gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

tag: SOCAR,Görüş,Rövşən Nəcəf,Müzakirə,Todaypress.tv,