Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul etdi
Sənaye və energetika
20.06.2025 16:47
Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib.
Bu barədə TodayPress TV-yə nazirlikdən verilən məlumata görə, Qusar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatı, elektrik xətlərinin çəkilişi, qurğu və avadanlıqların istismar vəziyyəti, kabelləşdirmə, enerji təchizatında yaranan fasilələr, işlə təminat, kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı layihə təklifi və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar və Xaçmazdan olan 37 vətəndaş iştirak edib.
tag: Pərviz Şahbazov,Nazir,Qusar,Vətəndaş,Todaypress.tv,

