Mikola Kolisnik:“Ukraynanın bu istiqamətdə infrastruktur imkanları var”

Sənaye və energetika

03.06.2025 11:44

“Hazırda biz həm birə-yeddi əsaslı yüksək səviyyədə idarə olunan bir platformada, həm də şaquli dəhlizdə fəaliyyət göstəririk”. 

TodayPress TV xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda Ukrayna energetika nazirinin müavini Mikola Kolisnik deyib. 

“Bu gün rəsmi olaraq bildirə bilərik ki, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna arasında birgə məhsul hazırlanıb. Bu, bizə hər giriş və çıxış nöqtəsində 25%-dək endirim, Ukrayna ilə sərhəd arasında isə 46% güzəşt əldə etməyə imkan verir. Bu isə, təbii qazın ən rəqabətli marşrutu və yuxarıdan, yəni Yunanıstan kimi ölkələrdən gələn LNG (mayeləşdirilmiş təbii qaz) üçün çox önəmli bir göstəricidir. Bu çox vacibdir, çünki enerji keçidi dövründə Qara dəniz regionu artıq mühüm rol oynamağa başlayıb. Həm müstəqil molekul kimi enerji mənbəyi, həm də təbii qaz, karbohidrogenlər və neft kimi resursların tədarük mənbəyinə çevrilib.

Ukraynanın bu istiqamətdə mövcud infrastruktur imkanları var və bu imkanlar vasitəsilə həmin resursları Mərkəzi Avropa bazarlarına çatdıra bilər. Həmçinin, bu potensial elektrik enerjisi təchizatı üçün də keçərlidir”. 

O xatırladıb ki, Ukraynada aktiv iş mərhələsi 2022-ci ildə elektrik sisteminin mərkəzsizləşdirilməsi ilə başlayıb. 

Töhfə Səməd

tag: Bakı,Enerji,Həftəsi,Tədbir,Todaypress.tv,