Kimya məhsullarının istehsalı üzrə göstəricilər açıqlandı
Sənaye və energetika
17.06.2025 16:31
Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 931 mln. manatlıq məhsul istehsal edilib.
TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 84,9%, kimya sənayesi məhsullarının istehsalı 13,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 4,7% artıb.
Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 15,2%, polietilen istehsalı 11,9%, etilen istehsalı 10,8%, karbamid istehsalı 2,7%, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuklar, millər və profillər istehsalı 41,2%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 38,4%, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 3% artıb.
Qeyd olunur ki, hesabat dövründə ölkədə polietilendən kisə və çantalar istehsalı isə 29,1% azalıb.
tag: Kimya,Sənaye,İstehsal,Cədvəl,Todaypress.tv,
