Əhalinin yanacaq xərcləri 7,5% artdı

Sənaye və energetika

10.07.2025 12:39

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 833,8 mln. manat xərclənib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,5% üstələyib.

Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

tag: Əhali,Yanacaq,Xərc,Artım,Todaypress.tv,