Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlir və xərcləri məlum oldu

Sənaye və energetika

11.07.2025 13:37

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası gəlirlər 18 038 986,6 min manat, xərclər 12 896 361,8 min manat olub.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında" Sərəncamında əksini tapıb. 

Sərəncama əsasən, Fondun 2024-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 127,9 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olub.

İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 milyard 461,4 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfelinin 6 %-i qədər olub.

Hesabat dövründə ARNDF dövlət büdcəsinə 12 milyard 781 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 47,3 milyon manat yönəldib, idarəetməyə isə 34,1 milyon manat xərcləyib.

tag: Dövlət Neft Fondu,Prezident , İlham Əliyev,Sərəncam,Todaypress.tv,