“Çıraq-1” və “Çıraq-2” KSES-də istehsal olunan elektrik enerjisinin həcmi açıqlandı
Sənaye və energetika
25.08.2025 12:05
Kəlbəcər rayonunun Tərtər çayı üzərində yerləşən“Çıraq-1” və Qaraarxac çayı üzərindəki “Çıraq-2” kiçik su elektrik stansiyalarında (KSES) indiyədək 91,4 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
TodayPress TV bu barədə “Report”Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, “Çıraq-1” və “Çıraq-2” kiçik su elektrik stansiyaları 2023-cü ilin 25 avqust tarixində istismara verilib.
Ümumi gücü 8,33 MVt olmaqla, hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 51 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Hər biri 3 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü 6 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu ilin iyul ayınadək 40,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunur.
tag: Kəlbəcər,Çıraq 1,Çıraq 2,KSES,Todaypress.tv,