Birinci yarımildə 18 ölkəyə 12 milyon ton neft satılıb – SİYAHI

Sənaye və energetika

17.07.2025 13:14

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12,046 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində isə 948 min ton və ya 8,5% çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 7 milyard ABŞ dolları dəyərində 11,1 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdi.

Hesabat dövründə Azərbaycandan İtaliyaya 3,602 milyard ABŞ dolları dəyərində 6,821 milyon ton neft ixrac edilib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın bu ilin yanvar-iyun aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

tag: DGK,Məlumat,Hesabat,Gəlir,Todaypress.tv,

photo