"Azəristiliktəchizat" satdığı istiliyə görə yığımların həcmini açıqladı

Sənaye və energetika

23.10.2025 15:41

Bu ilin yanvar-sentyabr aylarında "Azəristiliktəchizat" ASC üzrə əhali və qeyri-əhali istehlakçılarına hesablanmış istilik haqqı 21,18 milyon manat təşkil edib.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən məlumat verilib.

Bu müddət ərzində hesablanmış istilik haqqının 89,1 %-i və ya 18,87 milyon manatının ödənişi təmin edilib.

Əhali istehlakçıları üzrə ödəniş göstəricisi 89,2 % icra olunub. Bu müddət ərzində büdcədən maliyyələşdirilən təşkilatlar tərəfindən 87,9 %, məcburi köçkünlərin ödəniş səviyyəsi 59,9 % olub. Təsərrüfat hesablı təşkilatlar üzrə isə yığım səviyyəsi 100,6 % təşkil edib.

Hesabat dövründə istehlakçılarla 45 047 fərdi müqavilə bağlanılıb.

TodayPress TV

tag: Azəristiliktəchizat,İstilik,Yığım,Həcm,Todaypress.tv,