Azərbaycan və Vyetnam arasında Fəaliyyət Planı qəbul edildi
Sənaye və energetika
17.07.2025 11:23
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Vyetnamın Hanoy şəhərində bu ölkənin sənaye və ticarət naziri Nguyen Hong Dien ilə ikitərəfli münasibətlərin inkişafına dair danışıqlar aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə nazir "X"da paylaşım edib.
Görüşün qarşılıqlı etimad və dostluq mühitində keçdiyi bildirilib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının həmsədrliyi ilə keçirilmiş üçüncü iclas çərçivəsində 2025–2027-ci illəri əhatə edən və 17 istiqamət üzrə 58 tədbirin yer aldığı Fəaliyyət Planı qəbul olunub. Bu sənəd iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın strateji tərəfdaşlıq əsasında dərinləşdirilməsinə xidmət edəcək.
Tərəflər iqtisadiyyat, energetika, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Töhfə Səməd
tag: Azərbaycan ,Pərviz Şahbazov,Vyetnam,Nguyen Hong Dien,Todaypress.tv,
