Azərbaycan nefti ucuzlaşdı

Sənaye və energetika

13.11.2025 09:53

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,35 ABŞ dolları və ya 3,47% azalaraq, 65,43 dollar təşkil edib.

TodayPress TV xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,35 dollar və ya 3,58% ucuzlaşaraq 63,22 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,42 dollar və ya 4,57% azalaraq, 50,56 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,32 dollar və ya 3,61% azalaraq 62 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

TodayPress TV

tag: Neft,Bazar,Qiymət,Barel,Todaypress.tv,