Azərbaycan elektrik enerjisinin istehsalını artırdı
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 789,8 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 1,6% artım deməkdir.
TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 8 485,4 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (1,5% artım).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı - 7 287 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-aprel göstəricisindən 2,1% azdır.
Qeyd etmək lazımdır ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
tag: Azərbaycan,Elektrik,Enerji,İstehsal,todaypress.tv,