Almaniyaya neft ixracı artdı
Sənaye və energetika
21.06.2025 13:53
Bu ilin yanvar-may aylarında Azərbaycandan Böyük Britaniyaya 277 milyon ABŞ dolları dəyərində 501,2 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,9 milyon ABŞ dolları və ya 5,7% az, həcm ifadəsində isə 60,5 min ton və ya 13,7% çoxdur.
Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsində isə 493,4 min ton və ya 5% çoxdur.
tag: Almaniya,Azərbaycan,Neft,İxrac,todaypress.tv,