Almaniya Azərbaycandan neft alışını 27 faizdən çox artırdı
Sənaye və energetika
21.07.2025 23:20
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya 302,4 milyon ABŞ dolları dəyərində 562,3 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
TodayPress TV 'Trend"ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,5 milyon ABŞ dolları və ya 2,9%, həcm ifadəsində isə 121,6 min ton və ya 27,6% çoxdur.
Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində isə 947,5 min ton və ya 8,5% çoxdur.
tag: Azərbaycan, Almaniya, ABŞ, Qaz, todaypress.tv,