“ACWA Power” ilə data mərkəzinin qurulması müzakirə edildi

Sənaye və energetika

03.06.2025 14:08

Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “yaşıl enerji” əsasında data mərkəzinin qurulması perspektivlərini dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb. 

Nazir bildirib ki, Bakı Enerji Forumu çərçivəsində “ACWA Power”in təsisçisi və İdarə Heyətini sədri Mohammad Abunayyan ilə səmərəli görüş keçirilib. 

“Bu il istismara veriləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Enerjisi (KES), dənizdə 3,5 QVt gücündə, quruda isə inteqrasiya olunmuş 200 MVt gücündə külək və batareya enerji saxlanc sistemi layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik”, - deyə P. Şahbazov bildirib.

tag: Pərviz Şahbazov,Müzakirə,Görüş,Tədbir,Todaypress.tv,

photo