9 ayda emal edilən neftin həcmi açıqlandı
Sənaye və energetika
15.10.2025 11:41
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4,6 milyon ton neft emal edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 9 ayın göstəriciləri ilə bağlı açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2024-cü ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,4 min ton və ya 8 % azdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə neftin emalı 5 milyon ton təşkil edib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
tag: Azərbaycan,Neft,Emal,Həcm,Todaypress.tv,
