Səhərlər bunu yeyənlərin beyni daha yaxşı işləyir
Dietoloqlar bildirirlər ki, axşamdan hazırlanaraq soyuducuda saxlanılan yulaf sıyığı səhər üçün həm rahat, həm də faydalı seçimdir.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu qida mürəkkəb karbohidratlar sayəsində gün ərzində enerjini sabit saxlayır və beyin fəaliyyətini dəstəkləyir.
Yulaf sıyığı həmçinin lif, maqnezium, dəmir, sink və antioksidantlarla zəngindir. Onu giləmeyvə, qoz, çia toxumu və ya yunan yoqurtu ilə birlikdə istehlak etmək qidanın faydasını daha da artırır.