Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçirildi

Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçirildi
23.05.2025 13:55

“II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi" 10-12 İyun 2025-ci il tarixlərində Kiçik  və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi’nin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və ROK Expo şirkətinin təşkilatçılığı ilə Baku Expo Mərkəzində keçiriləcəkdir. 

TodayPress TV xəbər verir ki, Türk Ticarət Sərgisi Türk Dövlətləri: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur. 

Sərgidə,

*  20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək.

*  Ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə konfranslarda müzakirə olunacaq.

*  İkitərəfli(B2B) və franchise görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdirələcək və türk dövlətlərinin ortaq brendləri yaradılacaqdır.

Sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcəkdir.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov, Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışlarında “II.Türk Ticarət Sərgisi” haqqında ətraflı məlumat verdilər. 

Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışında qeyd etti ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, dünya miqyasında varlığımızı artırmaq üçün bir çox mühüm addımlar atıb.

Biz çoxtərəfli əməkdaşlığımızı xarici siyasət və ticarətdən tutmuş enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər 35 müxtəlif sahəyə genişləndirib.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq türk dünyasında ümumi inteqrasiya və əməkdaşlığın fundamental və dinamik aspektidir. Bu əməkdaşlıqlardan Özəl sektorun yəni firmaların da yararlanmağı üçün Türk Ticarət Sərgisi layihəsini hazırladım. Bu platforma Türk Dövlətləri Təşkilatına üzv ölkələrimiz arasında işgüzar əlaqələrin gücləndirilməsi üçün əsas platformadır. 

Hər il mütəmadi olaraq bir Türk Dövlətlətində təşkiledəcəyimiz ‘Türk Ticarət Sərgisi’ndə əsas məqsədimiz Türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digəriqtisadi sahələrin tanıdılması, inkişaf etdirilməsi, gücləndirilməsi və iş insanları arasında əməkdaşlığın genişləndirilməsidir. 

20-21 May 2 gün önce Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi zirvəsində prioritet əməkdaşlıq sahələrində həmrəyliyimizi gücləndirən, regional və qlobal hadisələrlə bağlı ortaq mövqeyimizi ortaya qoyan, gələcəyə hesablanmış və əhatəli sənəd olan Budapeşt Bəyannaməsi imzalandı.

Sözügedən bəyannamə ticarət, enerji, rəqəmsal transformasiya kimi strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yol xəritəsidir. Türk Dövlətləri Təşkilatının dövlət başçıları qardaşlıq ruhuna sadiq olduqlarını bəyan edərək, türk dövlətləri arasında birlik və həmrəyliyə xələl gətirəcək istənilən cəhdin qarşısı alınmalı olduğunu vurğulayıblar.

Türk dövlətlərinin strateji tərəfdaşlıq, ədəbi dostluq və qardaşlıq müqaviləsinin hazırlanması qərara alınıb. Azərbaycan prezidentimiz İlham Əliyevin dediyikimi, bizim ailəmiz Türk Dünyasıdır. Biz birgəsəylərimizlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada güc mərkəzinə çevrilsin. Biz buna ancaq birlikdə nail ola bilərik.

Qardaş ölkələr olaraq tərəfdaşlıq əsasında birliyimizivə inteqrasiyamızı artıraraq daha parlaq gələcəyə birlikdə addımlayacağıq.

Web: www.turkictradefair.com.tr

E-mail:[email protected]

Qeyd edək ki, Türk Ticarət Sərgisinin ilki Türkiyə Ticarət Nazirliyi himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyi əməkdağıyla, Rok EXPO şirkətinin təşkilatçılığıyla 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində  təşkil edilmişdi. 

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər