AMİP Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi ilə bağlı bəyanat yaydı

AMİP Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi ilə bağlı bəyanat yaydı
09.08.2025 13:35

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"8 avqust 2025-ci il Azərbaycanın diplomatiya tarixində ən önəmli günlərdən biri olaraq tarixə düşdü.

AMİP hesab edir ki, həm Azərbaycan-ABŞ münasibətləri və həm də Azərbaycanla Ermənistan arasında normallaşma prossesi ilə bağlı əldə edilən razılaşmalar tarixi əhəmiyyətə malikdir.

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşçlıq münasibətlərinin qurulması üçün atılan addımlar, ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş layihəsinin paraflanması, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciətin imzalanması, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın haqlı tələblərinin öz həllini tapması və ən nəhayət imzalanan üçtərəfli bəyannamədə Sülh Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunun, yəni Ermənistan tərəfindən Konstitusiya dəyişikliyi edilməsinin zəruriliyinin təsbit edilməsi əslində Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq miqyasda etirafı kimi qəbul edilməlidir. 

Bütün bu sadalananlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında əldə edilən qələbə və keçən dövr ərzində bu istiqamətdə aparılan uğurlu diplomatik fəaliyyətin nəticəsi olaraq mümkün oldu. Məhz Azərbaycan Prezidenti, cənab İlham Əliyevin qətiyyətli siyasəti hərbi qələbəni hüquqi və diplomatik müstəvidə də rəsmiləşdirməyə imkan verdi.

Azərbaycan Milli İstiqlal Partiyası əldə olunan razılaşmaları Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım kimi qiymətləndirərək təqdir edir və hesab edir ki, xarici düşmənlə münasibətlərin normallaşması ölkə daxilinə daha çox diqqət ayırmağa və müxtəlif sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasına da real imkanlar açır."

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Bütün Xəbərlər