XI Bakı Beynəlxalq Kitab Sərgisi: Uşaq kitablarının satışında vəziyyət necədir?
Mədəniyyət
01.10.2025 13:40
“Sərginin ilk günüdür, gələnlər, kitab alanlar olsa da, yekun bir şey demək olmur”.
Bu sözləri TodayPress TV-yə "Ziya" nəşriyyatın təsisçisi Şəhriyar Sarıca deyib.
“Uşaqlar üçün olan kitablar ümumən çox satılan kitablar olur. Əvvəlki illərdə də belə olub. Məncə, xüsusilə həftəsonu satışların ən yaxşı vəziyyəti olacaq”,- deyə o, həmçinin bildirib.
Qeyd edək ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi bu gün öz işinə başlayıb. Bir həftə davam edəcək sərgidə təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılır.
Orxan Saffari
TodayPress TV
tag: Bakı,Kitab,Ekspo,Şəhriyar Sarıca ,Todaypress.tv,
