Sumqayıt Dövlət Dram Teatrı AKTYORUN ÇAĞIRIŞINA cavab verdi

Mədəniyyət

09.07.2025 18:11

Sumqayıt Dövlət Dram Teatrından aktyor Habil Xanlarov vəziyyəti ilə bağlı açıqlama verilib.

Teatrın mətbuat xidmətindən TodayPress TV-yə bildirib ki, Habil Xanlarov sənətinə bağlılığı, istedadı və illərlə göstərdiyi səhnə fəaliyyəti ilə kollektivin dəyərli üzvlərindən biridir.

Onun səhnə fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirilir və həm sənətinə, həm də şəxsi durumuna biganə yanaşılmır: 

“Son vaxtlar texniki və inzibati səbəblərdən əməkhaqlarının köçürülməsində müəyyən gecikmələr yaranmışdı. Lakin artıq 3 gündür ki, bütün əməkdaşlarımızın maaşları tam şəkildə   ödənilib və hazırda bu məsələ tam həll olunub”.

Vurğulanıb ki, aktyorun övladının səhhətində yaranan ciddi problemlərlə bağlı da kollektiv dərin kədər hissi keçirir: 

“Habil müəllimin övladının səhhəti ilə bağlı yaşadığı ağrılı vəziyyət bizi dərindən kədərləndirir. Bu çətin dönəmdə həmkarımızın yanında olduğumuzu bildirir, ona mənəvi dəstəyimizi ifadə edirik. Teatr kollektivi olaraq, Habil Xanlarova və ailəsinə güc və səbir arzulayır, övladının tezliklə sağalmasını diləyirik”.

Qeyd edək ki, son günlər aktyor əməkhaqqı və ailəvi vəziyyəti ilə bağlı gündəmə gəlib.

Türkan İsgəndərli

tag: Aktyor,Habil Xanlarov,Sumqayıt,Dövlət Dram Teatrı,Todaypress.tv,