Oxucular daha çox hansı kitablara maraq göstərir?

Mədəniyyət

01.10.2025 16:18

Xəbər verdiyimiz kimi, 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi start götürüb. 

Sərgi ilə bağlı müəlliflərin, naşirlərin müxtəlif fikirləri var. 

Bəs görəsən, oxucular daha çox hansı kitablara maraq göstərirlər?

“Daha çox maraq xarici müəlliflərədir”. 

Bu sözləri TodayPress TV-yə şair, “Alatoran nəşriyyatı”nın təsisçisi Rasim Qaraca bildirib. 

Onun sözlərinə görə, Azərbaycan müəlliflərindən ən çox satdıqları kitab Rafiq Tağının kitablarıdır:

“Sərgi başlayandan Rafiq Tağının kitablarını satmışıq daha çox. Əlavə olaraq, endirimdə xarici müəlliflərin kitabları var, onlar da satılır. Bütün hallarda üstünlük daha çox xarici kitablarıdır. Ancaq növbəti günlərdə mənzərənin dəyişib-dəyişməyəcəyini demək indidən doğru olmaz”, - deyə o bildirib. 

Orxan Saffari

TodayPress TV

tag: Rasim Qaraca,Alatoran nəşriyyatı,Oxucular,Kitablar,Todaypress.tv,