Moskvada Yunus Emrenin abidəsi ucaldılacaq

Mədəniyyət

28.09.2025 03:00

2026-cı ilin yayında Türkiyənin paytaxtı Ankarada ilk kosmonavt Yuri Qaqarinin, Rusiyanın paytaxtı Moskvada isə tanınmış türk şairi Yunus Emrenin abidəsi ucaldılacaq.

TodayPress TV “TASS“a istinadən xəbər verir ki, bu barədə Moskva hökumət naziri Sergey Çeryomin Rusiya rəsmiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfərinin yekunlarına dair danışarkən bildirib.

Nazir qeyd edib ki, Qaqarinin abidəsi "Dikmen Vadisi" parkında, Emrenin abidəsi isə "Muzeon"da ucaldılacaq. Layihə artıq Türkiyə Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi ilə müzakirə olunub.

TodayPress TV

tag: Türkiyə, Ankara, Rusiya, Heykəl, Yunus Emre, todaypress.tv,