Millət vəkili: “Kitab auditoriyamız çox zəifdir”

Mədəniyyət

01.10.2025 14:32

“Sərginin birinci günüdür, ümumi gedişatda o qədər də çox adam nəzərə çarpmır. Ancaq hamı daha yaxşı olacağına ümid edir”. 

Bu sözləri TodayPress TV-yə Milli Məclisin deputatı, ədəbiyyatşünas Elnarə Akimova deyib. 

O, həmçinin bildirib:

“Tənqidçi kimi onu deyə bilərəm ki, kitablara ümumi olaraq nəzər yetirdim. Hələlik ancaq uşaq kitablarına baxdım, onlar da yaxşıdır. Ümumiyyətlə, belə sərgilər, layihələr vacibdir. Onsuz da, digər yerlərdə vəziyyət o qədər də ürəkaçan deyil. Həm ünsiyyət baxımından, həm də kitab, ədəbiyyat adına yaxşıdır. Digər tərəfdən, kitab auditoriyamız çox zəifdir, televizyalarda da o qədər çox yer ayrılmır. Ümid edirik, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi bu gün öz işinə başlayıb. Bir həftə davam edəcək sərgidə təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılır.

Orxan Saffari

TodayPress TV

tag: Elnarə Akimova,Deputat,Kitab,Sərgi,Todaypress.tv,