Arif Babayev reanimasiyaya yerləşdirildi, vəziyyəti ağırdır- YENİLƏNDİ
Mədəniyyət
24.07.2025 23:15
Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. TodayPress TV xəbər verir ki, bu barədə Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib. O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, xalq artistinin vəziyyəti ağırdır.
***
15:55
23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub: "Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".
***
14:23
Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağırlaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə APA-ya onun oğlu Yaşar Babayev məlumat verib.
Oğlunun sözlərinə görə, Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.
tag: Arif Babayev,Xəstəxana,Məlumat,Xalq Artisti,Todaypress.tv,