Aktyordan SƏRT SÖZLƏR: "Yanğın olmasa, “Azərbaycanfilm”in yerini bilməyəcəkdilər"

Mədəniyyət

27.06.2025 14:23

“Bəzi qurumlar gecə baş vermiş partlayış sayəsində “Azərbaycanfilm” kinostudiyasının harada yerləşdiyi haqqında ilk dəfə xəbər tutdular”.

TodayPress TV xəbər verir ki, bu barədə aktyor Hikmət Rəhimov öz “Facebook” hesabında yazıb. 

O, məsələdə Mədəniyyət Nazirliyini günahlandırıb. 

“Xalqın “Azərbaycanfilm”in harada yerləşdiyi barədə ilk dəfə xəbər tutmasına görə, Mədəniyyət Nazirliyini təbrik edirəm. Bu artıq uğurdur”.

Aktyorun fikrincə, Mədəniyyət Nazirliyində fəaliyyət göstərən şəxslərin bəziləri vəzifələrindən azad olunmalıdırlar. O, bu barədə məktub da ünvanladığını xatırladıb: 

“Cavab yoxdur, adamı qəbul edib dinləyən də yoxdur. Olsun”, - deyə o, narazılığını dilə gətirib.

Sənətçi Cəfər Cabbarlının heykəlinin baxımsız olmasına da diqqət çəkib.

"Hər dəfə o binaya daxil olanda heykəlin çirkinə görə adam xəcalət çəkirdi.Yəqin indi ruhu şaddır", - deyə o əlavə edib. 

Qeyd edək ki, iyunun 27-nə keçən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış baş verib. 

Töhfə Səməd

tag: Hikmət Rəhimov,Aktyor,Azərbaycanfilm,Yanğın,Todaypress.tv,