Sadələşdirimiş vergi üzrə daxilolmalar 7 %-dən çox artdı

Maliyyə

27.05.2025 13:59

3

2024-cü ildə Azərbaycanda sadələşdirimiş vergi üzrə daxilolmalar 373 milyon manat proqnoza qarşı icra 382,9 milyon manat (9,9 milyon manat və yaxud 2,7 % çox), 2023-cü illə müqayisədə isə 25,9 milyon manat və yaxud 7,3 % çox icra olunub. 

TodayPress TV bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 55,3 %-ni və yaxud 211,8 milyon manatını hüquqi şəxslər, 44,7 %-ni və yaxud 171,1 milyon manatını fiziki şəxslərə görə ödənilən sadələşdirilmiş vergi təmin edib. 

Proqnozdan artıq icra ÜDM-nin həcminin makroiqtisadi proqnozlarda nəzərdə tutulandan qeyri-neft sektoru üzrə ümumilikdə 955,6 milyon manat (real artım tempi isə 0,7 % bəndi), nəqliyyat sektoru üzrə 426,3 milyon manat (5,1 %), tikinti sektoru üzrə 33,1 milyon manat çox olması ilə əlaqədar olub.

2023-cü illə müqayisədə artım isə iqtisadiyyatın sektorları üzrə sadələşdirilmiş vergi üzrə dövriyyənin artması fonunda – ticarət sektoru üzrə 49,6 milyon manat və yaxud 3,3 %, xidmət sektoru üzrə 339,5 milyon manat və yaxud 11,4 %, tikinti sektoru üzrə 2,2 milyon manat və yaxud 12,1 %, rabitə sektoru üzrə 3 milyon manat və yaxud 10,4 %, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ödədiyi sadələşdirilmiş vergi üzrə daxilolmaların 2,6 milyon manat və yaxud 2,4 dəfə, idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslərin ödədiyi sadələşdirilmiş vergi üzrə daxilolmaların 7,8 milyon manat və yaxud 7,7 %, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin ödədiyi sadələşdirilmiş vergi (8 % dərəcə ilə) üzrə daxilolmaların 12 milyon manat və yaxud 36,5 % artması ilə bağlı olub.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,