Qarabağda görülən işlərdə dövlət qurumlarının vəsaitlərindən də istifadə edildi
2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsi vəsaiti ilə yanaşı müvafiq dövlət qurumlarının vəsaitlərindən də istifadə edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Hesablama Palatasının (HP) "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, auditlər və təhlillər göstərir ki, bəzi hallarda işğaldan azad olunmuş ərazilərdə qeyri-büdcə təşkilatlarının vəsaitləri hesabına həyata keçirilməsi mümkün olan bəzi layihələrin, habelə şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşməsi üçün ayrılan xərclər üzrə optimallaşdırma işlərinin aparılması ilə dövlət büdcəsinin vəsaitləri üzrə qənaətlilik prinsiplərinə üstünlük verilib.
Təqdim olunmuş məlumatlara əsasən, ötən ilin sonuna işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə 6 sifarişçi üzrə 59 layihəyə digər mənbələrdən (öz vəsait hesabına və digər) 491,7 milyon manat maliyyələşdirilib.
tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,