Özbəkistandan Azərbaycana pul köçürmələrinin həcmi artdı

Maliyyə

23.09.2025 23:25

Cari ilin ilk yarısında Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,7 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 400 min ABŞ dolları və ya 15,1% azdır.

Məlumatlara əsasən, Özbəkistanın həmin dövrdə Azərbaycanın xaricə göndərdiyi ümumi pul köçürmələrində payı 0,7% olub.

Cari ilin ilk yarısında Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,9 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 25% çoxdur.

Məlumatlara görə, Özbəkistanın həmin dövrdə Azərbaycana xaricdən gələn ümumi pul köçürmələrində payı 1,1% təşkil edib.

2024-cü ilin ilk yarısında Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,7 milyon ABŞ dolları olub.

2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

TodayPress TV

tag: Öznəkistan, ABŞ, Azərbaycan,Bank, todaypress.tv,