Ölkə bankları I yarımildə "Blumberq"də 41 milyard manatlıq əqd bağlayıb
Maliyyə
13.08.2025 12:36
2025-ci ilin 6 ayında Blumberq ticarət sistemində banklar arasında 41.4 mlrd. manat məbləğində 2148 ədəd əqd bağlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı"nda bildirilir.
Qeyd edilib ki, bu əməliyyatların həcm olaraq 95%-i 1-3 günlük olub.
Pul bazarında qısamüddətli faizlər hesabat dövrü ərzində faiz dəhlizinin daxilində hərəkət edib. 2025-ci ilin I yarısında 1 günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi - AZIR indeksi aylar üzrə dəyişkən olsa da, faiz dəhlizi daxilində - uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət etmişdir. Belə ki, AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spred I rübdə -0.4%, II rübdə isə -0.22% olub. Ümumilikdə 2025- ci ilin 6 ayında AZIR indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0.29 f.b olub.
tag: AMB,Hesabat,Təqdim,Maliyyə,Todaypress.tv,