Maliyyə Nazirliyinə yeni təyinat oldu

Maliyyə

29.05.2025 14:25

4

Maliyyə Nazirliyinə yeni təyinat olub. 

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib.

Məlumata görə, may ayında etibarən Elvin Hacıyev Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Təhlil və Koordinasiya şöbəsinin müdiri təyin olunub. 

Qeyd edək ki, Elvin Hacıyev yeni vəzifəsinə qədər “Bakı Metropoliteni" QSC-nin Daxili audit departamentin rəisi olub. 

Bundan əvvəl isə E. Hacıyev Auditorlar Palatası, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası və Azərbaycan İnvestisiya Holdinqində müxtəlif vəzifələrdə çalışıb.

tag: Maliyyə Nazirliyi,Təyinat,Vəzifə,Qərar,Todaypress.tv,

photo